Baku Growth Academy

Peşəkar Kontent və Sosial Media Marketinq Təlimi

“Praktiki Sosial Media” brend məlumatlılığı və satışın artırılması kimi konkret məqsədlərə nail olmaq üçün sosial mediadan səmərəli istifadə etməyin yollarını öyrədəcək qısamüddətli təlim proqramıdır. Təlimin məqsədi iştirakçılara sosial medianın kompleks formada və real praktikalar üzərində çalışmalar etdirərək, onları sürətli formada bu sahəyə hazırlamaqdır.

Peşəkar Kontent və Sosial Media Marketinq Təlimi kimlər üçündür?

Sosial media bacarıqlarını artırmaq istəyən marketinq mütəxəssisləri

Sosial mediadan aktiv istifadə etmək istəyən Kiçik biznes sahibləri

Tədris proqramı

Sosial media marketinqin əsasları və platforma məntiqi

Bu bölmədə təlimçilərlə tanışlıq, kursun məqsədi və SMM-in üstünlükləri izah olunur. Sosial media marketinqinin nə olduğu, marketinqdə rolu və əhəmiyyəti açıqlanır. Facebook, Instagram, LinkedIn və TikTok platformalarının ümumi xüsusiyyətləri, biznes səhifələrinin qurulması və platformaların imkanları öyrədilir. Meta Business Suite-in əsas istifadəsi, platformaların funksionallığı və ümumi iş prinsipləri bu mərhələdə izah edilir.

Kontent strategiyası, planlama və yaradıcı proses

Bu hissə kontent strategiyasının hazırlanması, kontent planının qurulması və planlaşdırılmasına fokuslanır. AIDA modeli, kontent növləri və onların istifadəsi, sosial mediada aktiv paylaşım saatları, dizayn yanaşmaları, Reels, Carousel və Highlights formatları izah edilir. Vizual kontentin yaradılması, kontentin araşdırılması və yazılması, triggerli ssenarilərin formalaşdırılması, cəlbedici başlıq və təsvirlərin hazırlanması, Facebook, Instagram, LinkedIn və TikTok üçün kontentin xüsusiyyətləri bu bölməyə daxildir.

Auditoriya ilə iş və icma idarəçiliyi

Bu bölmədə auditoriya ilə işləmə, auditoriyanın tənzimlənməsi və loyal auditoriyanın formalaşdırılması mövzuları əhatə olunur. Sosial mediada mesaj və şərhlərə cavabların idarə edilməsi, şəxsi mesajlara cavablar və hazır cavab mexanizmləri izah edilir. Kontentin planlaşdırılması və auditoriya davranışına uyğun yanaşma prinsipləri bu mərhələdə öyrədilir.

Reklam idarəetməsi və kampaniya qurulması

Bu hissə reklam hesablarının və səhifələrin idarə edilməsi, rolların müəyyənləşdirilməsi ilə başlayır. Reklam hesablarının yaradılması, strategiyaların optimallaşdırılması, Facebook reklam hesabının qurulması, Ads Manager-ə giriş və reklamların yaradılması ətraflı izah olunur. Ads Manager interfeysi, kampaniya məqsədinin seçilməsi, uyğun reklam formatları, düzgün auditoriya seçimi, platforma və cihazlara görə yerləşdirmə, büdcənin təyin edilməsi və kampaniyaların yaradılması və tənzimlənməsi bu bölmədə yer alır. Instagram-da ödənişli reklamın əsasları və reklamın necə olmalı olduğu mövzuları da daxil edilib.

Analitika, ölçmə və texniki bacarıqlar

Bu bölmədə SMM strategiyaları, əsas metriklər və ölçmə üsulları izah edilir. Metriklər haqqında məlumat, daxili analitik vasitələrdən istifadə, SMM büdcə təyini, analitika və alətlər, SEO anlayışı, açar sözlərdən istifadə və Instagram axtarışında ilk sıralarda çıxma mövzuları əhatə olunur. Fotoqrafiya və videoqrafiya əsasları, eləcə də sosial mediada yeni dalğa capcut və ChatGPT-dən istifadə zamanı diqqət edilməli məqamlar bu bölmənin tərkib hissəsidir.

Tədris planı

Təlim müddəti:

2 ay

İştirakçı sayı

10-15 nəfər

Format

Hibrid

Təlim sayı:

24 dərs

Məzunlar

Hal hazırda heç bir məzun yoxdur.

İnstruktorlar

Ağarəhim Poladov

Təqdimat

Peşəkar Kontent və Sosial Media Marketinq Təlimi haqqında daha detallı məlumat əldə etmək üçün aşağıdaki pdf ilə tanış ola bilərsiniz!

BGA'nın üstünlükləri:

Praktiki təlim

Təlim prosesi real layihələr və tapşırıqlar üzərindən qurulur. İştirakçılar nəzəri bilikləri dərhal praktikada tətbiq edir, real iş mühitinə yaxın təcrübə qazanırlar.

Layihə işi

Təlimin sonunda real mövzu əsasında layihə hazırlanır. Layihənin icra keyfiyyəti qiymətləndirilir və sertifikat bu nəticələr əsasında dərəcələndirilir.

Mentor dəstəyi

Təlim müddətində mentor tərəfindən istiqamətləndirmə və rəy verilir. İştirakçılar suallarını birbaşa mentorla müzakirə edir və proses boyunca dəstək alırlar.

Dərəcəli diplom

Təlim nəticələrinə əsasən diplom təqdim olunur. Qiymətləndirmə bilik, praktiki bacarıq və layihə göstəriciləri üzrə aparılır və nəticə diplomda əks olunur.

"Peşəkar Kontent və Sosial Media Marketinq Təlimi" proqramına qoşulmaq üçün formu doldurun!

Sınaq dərsində ödənişsiz iştirak etmək üçün qeydiyyatdan keçə bilərsiniz!

Qeydiyyat formu: