Baku Growth Academy

Rəqəmsal Marketinq Akademiyası

Rəqəmsal marketinq, internet və elektron cihazlar vasitəsilə məhsul və xidmətlərin təbliği və satışıdır. Bu, SEO, məzmun marketinqi, sosial media marketinqi və email marketinqi kimi müxtəlif strategiyalarla həyata keçirilir. Məqsəd, rəqəmsal kanallardan istifadə edərək müştərilərin diqqətini çəkmək və onlarla əlaqə qurmaqdır.

Rəqəmsal Marketinq Akademiyası kimlər üçündür?

Tədris proqramı

Paid advertising və performance marketing

Bu bölmədə detallı targeting və retargeting yanaşmaları, Meta platformalarında reklamların qurulması, ad fatigue probleminin müəyyən edilməsi və aradan qaldırılması, reklam effektivliyinin ölçülməsi və optimizasiyası öyrədilir. Həmçinin bidding strategy, auction insight analizi, yerli və xarici bazarlar üçün reklam strategiyalarının hazırlanması, Azərbaycanca reklamların təsdiqlənmə qaydaları və ROAS, ROI əsaslı reklam yanaşmaları əhatə olunur.

Meta, Google ads və video reklam sistemləri

Bu mövzuda Meta Pixel və Event Manager ilə işləmə, Facebook Blueprint sertifikatına hazırlıq, Google Search, Display və Video Ads kampaniyalarının qurulması izah edilir. Eyni zamanda YouTube video reklamları, YouTube SEO, LinkedIn reklamları və reklam nəticələrinin davamlı analizi və optimizasiyası praktiki şəkildə öyrədilir.

Analitika, tracking və data management

Bu bölmə Google Analytics 4-ün qurulması və istifadəsi, Acquisition, Engage, Explore və Realtime bölmələrinin analizi üzərində qurulub. Event tracking, retention və churn analizi, Google Ads üçün eventlərin yaradılması, Google Tag Manager strukturu, e-commerce eventlərinin qurulması və data layer ilə işləmə detallı şəkildə izah olunur. Bundan əlavə Google Search Console, Microsoft Clarity, Yandex Metrica və Looker Studio vasitəsilə hesabatların hazırlanması praktiki formada təqdim edilir.

Kontent, branding və sosial media strategiyası

Bu hissədə kontent strategiyasının qurulması, satan kontentin hazırlanması, AIDA modeli, digital manipulyasiya anlayışı və dizaynerlər üçün düzgün brif verilməsi mövzuları əhatə olunur. İştirakçılar professional LinkedIn səhifəsinin yaradılması, LinkedIn üzərindən şəxsi brendinq, email marketing vasitəsilə satışların artırılması və Mailchimp ilə işləmə bacarıqları qazanırlar.

SEO və website optimizasiyası

Bu bölmədə keyword research, semantik nüvənin qurulması, ranking faktorları və Google alqoritmləri izah edilir. On-page və technical SEO, URL strukturu, title və description optimizasiyası, backlink strategiyaları, rich və featured snippet-lər, image optimisation, SEO-ya uyğun kontent hazırlanması, website speed optimizasiyası və SEO-da UI/UX mövzuları praktiki nümunələrlə öyrədilir. Həmçinin WordPress SEO, domain və hosting seçimi, Screaming Frog, Ahrefs, Semrush və digər alətlərlə işləmə bacarıqları formalaşdırılır.

Digital marketing strategiyası və karyera hazırlığı

Bu bölmə digital marketing planının hazırlanması, attribution modelling, kanallar üzrə büdcələmə, KPI əsaslı metriklərin qurulması və ümumi nəticələrin analizi üzərində fokuslanır. Eyni zamanda digital marketinq üzrə Azərbaycanda və xaricdə karyera imkanları, CV və portfolio hazırlanması, iş müsahibələrinə hazırlıq və marketinq üzrə iş tapmaq üçün fərdi konsultasiya mövzuları əhatə olunur.

Tədris planı

Təlim müddəti:

4 ay

İştirakçı sayı

10-15 nəfər

Format

Hibrid

Təlim sayı:

36 dərs

Məzunlar

Ləman Hüseynli

xxx

İnstruktorlar

Ülvi Əhmədov

Babaxan Məlikli

Təqdimat

Rəqəmsal Marketinq Akademiyası haqqında daha detallı məlumat əldə etmək üçün aşağıdaki pdf ilə tanış ola bilərsiniz!

BGA'nın üstünlükləri:

Praktiki təlim

Təlim prosesi real layihələr və tapşırıqlar üzərindən qurulur. İştirakçılar nəzəri bilikləri dərhal praktikada tətbiq edir, real iş mühitinə yaxın təcrübə qazanırlar.

Layihə işi

Təlimin sonunda real mövzu əsasında layihə hazırlanır. Layihənin icra keyfiyyəti qiymətləndirilir və sertifikat bu nəticələr əsasında dərəcələndirilir.

Mentor dəstəyi

Təlim müddətində mentor tərəfindən istiqamətləndirmə və rəy verilir. İştirakçılar suallarını birbaşa mentorla müzakirə edir və proses boyunca dəstək alırlar.

Dərəcəli diplom

Təlim nəticələrinə əsasən diplom təqdim olunur. Qiymətləndirmə bilik, praktiki bacarıq və layihə göstəriciləri üzrə aparılır və nəticə diplomda əks olunur.

"Rəqəmsal Marketinq Akademiyası" proqramına qoşulmaq üçün formu doldurun!

Sınaq dərsində ödənişsiz iştirak etmək üçün qeydiyyatdan keçə bilərsiniz!

Qeydiyyat formu: