Baku Growth Academy

Süni İntellekt Akademiyası

Süni İntellekt Akademiyası proqramlaşdırmadan maşın öyrənməsinə, dərin öyrənmədən böyük dil modellərinə qədər süni intellektin bütün əsas istiqamətlərini sistemli şəkildə öyrədən 3 aylıq intensiv proqramdır. Proqramın məqsədi iştirakçılara yalnız kod yazmağı deyil, düşünən və qərar verən süni intellekt sistemləri qurmağı öyrətmək, onları gələcəyin AI mühəndisləri və data liderləri kimi formalaşdırmaqdır.

Süni İntellekt Akademiyası kimlər üçündür?

Tədris proqramı

Proqramlaşdırma (Python)

Python-un əsas və qabaqcıl konsepsiyaları, o cümlədən NumPy, Pandas və Scikit-learn kitabxanalarının istifadəsi öyrəniləcək.

Verilənlər Bazası və SQL

Verilənlər bazası prinsipləri və SQL sorğularının, birləşdirmələrin və indeksləmənin tətbiqi mənimsəniləcək

Verilənlərin vizuallaşdırılması

Matplotlib, Seaborn və Plotly kimi alətlərdən istifadə edərək məlumatların vizual təhlili aparmaq bacarıqları əldə ediləcək.

Verilənlərin analizi

Verilən Analizi (EDA) və xüsusiyyətlərin mühəndisliyi texnikaları öyrəniləcək.

Machine learning

Nəzarətli, nəzarətsiz və gücləndirici öyrənmə metodları, modelin qiymətləndirilməsi və hiperpametr tənzimlənməsi öyrədiləcək.

Deep learning

Neyron şəbəkələrinin əsasları, o cümlədən geriyə yayılma və CNN-lər, RNN-lər, Transformerlər kimi qabaqcıl arxitekturalar tədris olunacaq.

Computer vision

Şəkil emalı və obyekt aşkarlanması (YOLO, SSD, Faster R-CNN) mövzuları əhatə olunacaq.

NLP (Natural language processing – təbii dilin emalı)

Mətnin ilkin emalı və dil modelləri (Embeddings, BERT, GPT) haqqında biliklər veriləcək.

GANs (Generative adversarial networks )

Generator və Diskriminator konsepsiyaları və qabaqcıl GAN modelləri öyrədiləcək

LLMs (large language models - böyük dil modelləri)

LLM-lərin tətbiq sahələri və təlim texnikaları (ilkin təlim, kökləmə) mənimsəniləcək.

Multimodal machine learning (çoxmodelli maşın öyrənməsi)

Müxtəlif məlumat tiplərinin birləşməsi (füzyon texnikaları) və onların tətbiqləri (şəkil-mətn, səs-mətn) öyrəniləcək.

Adversarial machine learning

Düşmən hücumları, təhlükə modelləri və müdafiə mexanizmləri tədris olunacaq.

CPU əsaslı Süni intellekt

CPU üçün model optimallaşdırılması, tətbiqə çıxarış və optimallaşdırma texnikaları öyrədiləcək.

Agent-əsaslı AI (Agentic AI)

Agentlərin əsasları, arxitekturaları və LLM-əsaslı agentlər haqqında biliklər veriləcək.

Süni intellekt alətlərindən istifadə

Prompt Engineering və süni intellektin effektiv tətbiqi, iş proseslərinin optimallaşdırılması və məhsuldarlığın artırılması.

Tədris planı

Təlim müddəti:

4 ay

İştirakçı sayı

10-15 nəfər

Format

Hibrid

Təlim sayı:

25 dərs

Məzunlar

Hal hazırda heç bir məzun yoxdur.

İnstruktorlar

Ramal Mirzəyev

Nihat Abdullayev

Təqdimat

Süni İntellekt Akademiyası haqqında daha detallı məlumat əldə etmək üçün aşağıdaki pdf ilə tanış ola bilərsiniz!

BGA'nın üstünlükləri:

Praktiki təlim

Təlim prosesi real layihələr və tapşırıqlar üzərindən qurulur. İştirakçılar nəzəri bilikləri dərhal praktikada tətbiq edir, real iş mühitinə yaxın təcrübə qazanırlar.

Layihə işi

Təlimin sonunda real mövzu əsasında layihə hazırlanır. Layihənin icra keyfiyyəti qiymətləndirilir və sertifikat bu nəticələr əsasında dərəcələndirilir.

Mentor dəstəyi

Təlim müddətində mentor tərəfindən istiqamətləndirmə və rəy verilir. İştirakçılar suallarını birbaşa mentorla müzakirə edir və proses boyunca dəstək alırlar.

Dərəcəli diplom

Təlim nəticələrinə əsasən diplom təqdim olunur. Qiymətləndirmə bilik, praktiki bacarıq və layihə göstəriciləri üzrə aparılır və nəticə diplomda əks olunur.

"Süni İntellekt Akademiyası" proqramına qoşulmaq üçün formu doldurun!

Sınaq dərsində ödənişsiz iştirak etmək üçün qeydiyyatdan keçə bilərsiniz!

Qeydiyyat formu: