Baku Growth Academy

Peşəkar Marketinq Akademiyası

Proqram marketinqin bütün əsas istiqamətlərini araşdırma, strategiya, brend quruculuğu, məhsul inkişafı, analitika, CX, PR, growth və digital marketinqi əhatə edərək sizi real layihələr üzərində tam praktiki hazırlıqla peşəkar səviyyəyə gətirir.

Peşəkar Marketinq Akademiyası kimlər üçündür?

Tədris proqramı

Marketinqə və biznesə giriş

Bu modulda biznesin əsas anlayışları izah olunur, marketinqin rolu və funksiyaları açıqlanır. Marketinq araşdırmalarına giriş edilir, araşdırma növləri, məlumat toplama metodları və sorğu texnikaları öyrədilir. Eyni zamanda, marketinq analizinin mahiyyəti və ölçmə alətləri praktik nümunələrlə izah olunur.

Marketinq və brend strategiyaları

Bu modul marketinq və bazar strategiyalarının qurulmasına fokuslanır. BCG matrisi əsasında bazarda mövqe tutma, hücum və müdafiə taktikaları izah edilir. Marketinq kommunikasiya miksi, büdcələmə, brend strategiyası və brend arxitekturası mövzuları əhatə olunur. Modulun sonunda effektiv marketinq planının hazırlanması öyrədilir.

Satış, PR və məhsul idarəetməsi

Bu modulda korporativ sosial məsuliyyət (KSM), PR və tədbir marketinqinin biznesə təsiri izah olunur. CRM anlayışı, B2B satış alətləri və satış texnikaları təqdim edilir. Qiymətqoyma (pricing), layihə menecmenti və məhsulun inkişaf prosesi (Product Development) praktiki yanaşma ilə izah olunur.

Rəqəmsal marketinq

Bu modul rəqəmsal marketinqə girişlə başlayır və Facebook Ads Manager üzərindən reklam idarəetməsini əhatə edir. Kontent marketinqinin mahiyyəti və trade marketing anlayışı izah olunur. Ticarət marketinqinin əsas şərtləri, marja və markup anlayışları, eləcə də portfelin effektiv idarə olunması mövzuları təqdim edilir.

Tədris planı

Təlim müddəti:

4 ay

İştirakçı sayı

10-15 nəfər

Format

Hibrid

Təlim sayı:

36 dərs

Məzunlar

Fuad Qədirli

Rəqəmsal Marketinq Mütəxəssisi

İnstruktorlar

Aynur Həsənzadə

Aynurə Seyidova

Könül Əliyeva

Ağarəhim Poladov

Müşfiq Azəryar

Murad Əsgərzadə

Təqdimat

Peşəkar Marketinq Akademiyası haqqında daha detallı məlumat əldə etmək üçün aşağıdaki pdf ilə tanış ola bilərsiniz!

BGA'nın üstünlükləri:

Praktiki təlim

Təlim prosesi real layihələr və tapşırıqlar üzərindən qurulur. İştirakçılar nəzəri bilikləri dərhal praktikada tətbiq edir, real iş mühitinə yaxın təcrübə qazanırlar.

Layihə işi

Təlimin sonunda real mövzu əsasında layihə hazırlanır. Layihənin icra keyfiyyəti qiymətləndirilir və sertifikat bu nəticələr əsasında dərəcələndirilir.

Mentor dəstəyi

Təlim müddətində mentor tərəfindən istiqamətləndirmə və rəy verilir. İştirakçılar suallarını birbaşa mentorla müzakirə edir və proses boyunca dəstək alırlar.

Dərəcəli diplom

Təlim nəticələrinə əsasən diplom təqdim olunur. Qiymətləndirmə bilik, praktiki bacarıq və layihə göstəriciləri üzrə aparılır və nəticə diplomda əks olunur.

"Peşəkar Marketinq Akademiyası" proqramına qoşulmaq üçün formu doldurun!

Sınaq dərsində ödənişsiz iştirak etmək üçün qeydiyyatdan keçə bilərsiniz!

Qeydiyyat formu: