Baku Growth Academy

Kommersiya Konsaltinqi

Kommersiya konsaltinqi şirkətin satış və marketinq nəticələrini artırmaq, bazar payını böyütmək və daha mənfəətli böyümə modeli qurmaq üçün aparılan sistemli inkişaf işidir. Doğru strategiya, doğru məhsul siyasəti, doğru müştəri yanaşması və doğru satış-marketinq fəaliyyəti qurmaq üçün şirkətin əvvəlcə bazar araşdırmasına və biznes diaqnostikasına ehtiyacı olur. Biz bu mərhələdən başlayaraq şirkətə uyğun kommersiya strategiyası, satış sistemi və marketinq sistemi qururuq və tətbiqinə dəstək veririk.

Kommersiya Konsaltinqi çərçivəsində nələr edirik?

Kommersiya Konsaltinqi çərçivəsində nələr edirik?

Məqsəd: Şirkətin real vəziyyətini və bazar imkanlarını data ilə görmək.

Hansı işlər görüləcək?

  • Biznesin maliyyə təhlili
  • Bazar və rəqib araşdırması
  • İstehlakçı sorğuları və fokus qruplar
  • Gizli müştəri araşdırmaları
  • Qiymət araşdırmaları
  • Müştəri davranışlarının analizi
  • Bazar tələbinin araşdırılması
  • Biznes modelin və məhsul portfelinin təhlili
  • İşçi məmnunluğu sorğuları və iş mühitinin təhlili
  • İşçilərlə və ekspertlərlə müsahibələr
  • Kritik uğur faktorlarının araşdırılması
  • Analiz alətləri: SWOT, PEST, PORTER, BCG, Ansoff, ABC, Gap, Vaciblik/Məmnunluq

2) Strategiyanın Hazırlanması və İcrasına Dəstək

Məqsəd: Diaqnostika nəticələrinə əsasən şirkətin inkişaf yol xəritəsini qurmaq.

Hansı işlər görüləcək?

  • Strategiya öncəsi təhlillərin yekunlaşdırılması (SWOT, PEST, PORTER və s.)
  • Şirkət üçün doğru vizyonun müəyyən edilməsi
  • Strateji fokus və prioritetlərin seçilməsi
  • Uzunmüddətli inkişaf planının hazırlanması
  • Missiya və dəyərlərin müəyyən edilməsi
  • Korporativ mədəniyyətin əsaslarının formalaşdırılması
  • Balanced Scorecard yanaşmasının tətbiqi (maliyyə, müştəri, proses, komanda)
  • Taktiki fəaliyyət planlarının hazırlanması
  • Strategiyanın icrası üzrə təlim və tətbiq dəstəyi

3) Biznes Modelin Təkmilləşdirilməsi

Məqsəd: Şirkətin böyüməsini daha səmərəli və davamlı etmək.

Hansı işlər görüləcək?

  • Mövcud biznes modelin və proseslərin təhlili
  • Effektivlik və səmərəlilik baxımından qiymətləndirmə
  • Benchmarking və nəticələrin çıxarılması
  • Təkmilləşdirmə tövsiyələri və yeni modelin qurulması
  • ERP/CRM ehtiyacının müəyyən edilməsi
  • Texniki şərtin hazırlanması (proqram seçimi üçün)

📌 Nəticə: şirkət daha az itki ilə daha çox nəticə verən sistemə keçir.

4) Satış Sisteminin Qurulması və Təkmilləşdirilməsi

Məqsəd: Daha çox və daha mənfəətli satış üçün sistem yaratmaq.

Hansı işlər görüləcək?

  • Satış sisteminin diaqnostikası və inkişaf planı
  • Satış planlama sistemi
  • Daha effektiv satış drayverlərinin müəyyən edilməsi
  • Satış prosesinin avtomatlaşdırılması üzrə tövsiyələr (CRM seçimi)
  • Satış komandasının formalaşdırılması və attestasiyası
  • Bonus/motivasiya sisteminin hazırlanması
  • Ticari şərtlərin müəyyən edilməsi
  • Satış işçiləri üçün checklist və günlük/həftəlik/aylıq qiymətləndirmə
  • Satış analitikası və hesabat sistemi
  • B2B satış sistemi (korporativ satış)
  • Satış kanallarının idarə olunmasının optimallaşdırılması
  • Yeni bazarlara çıxış üzrə tövsiyələr
  • Satış komandasının idarə edilməsi üzrə rəhbərlik modeli

5) Marketinq Sisteminin Qurulması və Təkmilləşdirilməsi

Məqsəd: Şirkətin bazarda düzgün mövqelənməsi və marketinqin satışa real təsir etməsi.

Hansı işlər görüləcək?

  • Marketinq fəaliyyətinin təhlili və inkişaf tövsiyələri
  • Marketinq strategiyasının hazırlanması
  • Marketinq planı və büdcəsinin hazırlanması
  • Brend strategiyası və markalaşma siyasəti
  • Məhsul menecmenti və məhsul portfelinin idarə olunması
  • Qiymət siyasətinin formalaşdırılması
  • Marketinq aktivliklərinin effektivlik analizi (kampaniya nəticələri)
  • Marketinq xərclərinin optimallaşdırılması
  • Kommunikasiya strategiyası (Integrated Marketing Communications)
  • Digital marketing və SMM üzrə həllər
  • Inbound marketinq sistemi (məzmunla müştəri cəlbi)
  • CRM və loyallıq sistemi üzrə konsaltinq

Bu xidmət sizə nə qazandıracaq?

  • Satışların daha stabil və proqnozlaşdırılan olması
  • Satışın “şəxsi bacarıqdan” çıxıb sistemlə işləməsi
  • Marketinqin nəticə yönümlü işləməsi (ROI fokuslu)
  • Doğru müştəri seqmentləri və doğru mövqelənmə
  • Daha effektiv məhsul və qiymət siyasəti
  • Kommersiya komandasında ölçmə, nəzarət və performans sistemi
  • Daha çox bazar payı + daha yüksək mənfəət

Yekun nəticə

  • Kommersiya konsaltinqi nəticəsində şirkət:

    • bazarı daha yaxşı tanıyır
    • doğru strategiya qurur
    • satış və marketinqi sistemləşdirir
    daha stabil, ölçülə bilən və mənfəətli böyüyür.