Rəqəmsal marketinq üzrə 2015-ci ildən bəri 9 illik təcrübəsi olan Babaxan Məlikli “Global E. Counsalting”, “HrSchool”, “Gradfeld”, “Edukhana”, “Business House”, Buta klinika, “Smart Control”, “Draft Construction”, “Pickvisa” şirkətlərində rəqəmsal marketinq mütəxəssisi kimi çalışmışdır.
Bununla yanaşı “Digital Hero” rəqəmsal marketinq agentliyinin və “Upper Education” tədris mərkəzinin təsisçisidir.
Azərbaycanla yanaşı Türkiyə, ərəb ölkələri, Kanada, Amerika və bir çox Avropa ölkələri üzrə dijital marketinq fəaliyyəti ilə məşğul olur.
Hal-hazırda PAŞA Bank’da “Senior” rəqəmsal marketinq mütəxəssisi olaraq fəaliyyət göstərir.