Baku Growth Academy

Training of Mentors

TOM öz sahəsində biliyi və real iş təcrübəsi olan, lakin bu bilikləri mentorluq formatında düzgün şəkildə təqdim etməyi, strukturlaşdırmağı və ödənişli mentorluq xidməti kimi bazara çıxarmağı bilməyən şəxslər üçün hazırlanmış praktiki və nəticəyönümlü təlim proqramıdır.

Training of Mentors kimlər üçündür?

Marketinq, HR, maliyyə, hüquq, IT, təhsil və digər sahələrdə çalışan, artıq müəyyən praktiki təcrübə toplamış və bu bilikləri mentorluq formatında təqdim etmək istəyənlər üçün.

Komanda üzvlərinin inkişafını sürətləndirmək, tapşırıq verən yox, yol göstərən və inkişaf etdirən lider olmaq istəyənlər üçün

Kommunikasiya, dinləmə, yönləndirmə və rəyvermə bacarıqlarını gücləndirərək həm peşəkar, həm də şəxsi mühitdə daha təsirli olmaq istəyənlər üçün

Tədris proqramı

Tanışlıq və ön test

Təlim iştirakçıları və mentorların gözləntiləri müəyyənləşdirilir, ilkin bilik və bacarıq səviyyəsi ön test vasitəsilə ölçülür. Bu mərhələ təlimin fərdi ehtiyaclara uyğunlaşdırılması üçün əsas yaradır.

Mentor və menti kimdir? Mentorluq nədir?

Mentor və menti rolları, məsuliyyətləri və qarşılıqlı münasibət prinsipləri izah olunur. Effektiv mentorluğun məqsədi, sərhədləri və real iş mühitində rolu aydınlaşdırılır.

Mentorluq prosesi, Mentorluq bacarıqları, İzləmə və müşahidə etmə

Mentorluq mərhələləri ardıcıllıqla izah edilir, əsas kommunikasiya və inkişafetdirici bacarıqlar üzərində işlənir. Menti inkişafının izlənməsi və obyektiv müşahidə üsulları öyrədilir.

Sorğulama və problem həll etmə, Simulyasiya (praktiki mentor görüşü)

Açıq sualların qurulması, analitik düşüncə və problem həll etmə yanaşmaları tətbiq olunur. Real mentor-menti görüşləri simulyasiya edilərək praktiki təcrübə formalaşdırılır.

Mükafatlandırma və istiqamət vermə, Uyğunlaşdırma və aktiv dinləmə

Motivasiyaedici geri bildirim, düzgün istiqamət vermə və mentinin potensialına uyğun yanaşma izah olunur. Aktiv dinləmə texnikaları vasitəsilə effektiv və etibarlı mentor əlaqəsi qurulur.

Praktiki və yazılı imtahan

Təlim müddətində əldə olunan bilik və bacarıqlar yazılı qiymətləndirmə və praktiki tapşırıqlar vasitəsilə ölçülür. İştirakçıların mentorluq yanaşması, qərarvermə və real situasiyalarda tətbiq bacarığı obyektiv şəkildə dəyərləndirilir.

Tədris planı

Təlim müddəti:

1.5 ay

İştirakçı sayı

10-15 nəfər

Format

Hibrid

Təlim sayı:

6 dərs

Məzunlar

Hal hazırda heç bir məzun yoxdur.

İnstruktorlar

Cavidan Səfərli

Təqdimat

Training of Mentors haqqında daha detallı məlumat əldə etmək üçün aşağıdaki pdf ilə tanış ola bilərsiniz!

BGA'nın üstünlükləri:

Praktiki təlim

Təlim prosesi real layihələr və tapşırıqlar üzərindən qurulur. İştirakçılar nəzəri bilikləri dərhal praktikada tətbiq edir, real iş mühitinə yaxın təcrübə qazanırlar.

Layihə işi

Təlimin sonunda real mövzu əsasında layihə hazırlanır. Layihənin icra keyfiyyəti qiymətləndirilir və sertifikat bu nəticələr əsasında dərəcələndirilir.

Mentor dəstəyi

Təlim müddətində mentor tərəfindən istiqamətləndirmə və rəy verilir. İştirakçılar suallarını birbaşa mentorla müzakirə edir və proses boyunca dəstək alırlar.

Dərəcəli diplom

Təlim nəticələrinə əsasən diplom təqdim olunur. Qiymətləndirmə bilik, praktiki bacarıq və layihə göstəriciləri üzrə aparılır və nəticə diplomda əks olunur.

"Training of Mentors" proqramına qoşulmaq üçün formu doldurun!

Sınaq dərsində ödənişsiz iştirak etmək üçün qeydiyyatdan keçə bilərsiniz!

Qeydiyyat formu: