Baku Growth Academy

İnsan Resursları Konsaltinqi

HR konsaltinqi şirkətdə insan resurslarının idarə olunmasını sadəcə maaş və işə qəbul prosesi kimi yox, bütöv bir idarəetmə və inkişaf sistemi kimi qurmaqdır. Şirkət böyüdükcə komanda artır, vəzifələr qarışır, məsuliyyət bölgüsü qeyri-müəyyənləşir, motivasiya və performans idarəetməsi çətinləşir. Nəticədə işlər şəxslərdən asılı qalır, sistem zəifləyir və şirkətin idarə edilməsi ildən-ilə daha çətin olur.

Biz HR konsaltinq çərçivəsində şirkət üçün reallığa uyğun idarəetmə strukturunu, vəzifə bölgüsünü, əmək haqqı və motivasiya sistemini, performans idarəetməniişə qəbul-adaptasiya mexanizmini quraraq komandanın hədəfə yönəlik və ölçülə bilən şəkildə işləməsini təmin edirik.

HR Konsaltinqdə nələr edirik? (Əsas istiqamətlər)

1) İş Analizi (Diaqnostika mərhələsi)

HR konsaltinq prosesi ilk olaraq iş analizi ilə başlayır. Bu mərhələdə şirkətin real vəziyyəti araşdırılır və problemlərin kök səbəbi müəyyən edilir. Bu mərhələdə nə edirik?

  • Müxtəlif vəzifələrdə çalışan əməkdaşlarla müsahibələr və sorğular aparırıq
  • İşlərin siyahısını və iş bölgüsünü çıxarırıq
  • Səlahiyyət bölgüsünü və tabeçilik mexanizmini analiz edirik
  • Mövcud strukturun effektivliyini qiymətləndiririk
  • İşlərin icrasında yaranan problemləri və boşluqları müəyyən edirik

📌 Nəticə: Şirkətdə hansı işlər düzgün gedir, hansı işlər sistemsizdir, harada yük paylaşılmır və idarəetmə niyə çətinləşir — tam aydın olur.

2) İdarəetmə Strukturunun Qurulması

İş analizi nəticəsində şirkətdə mövcud təşkilati strukturun problemləri ortaya çıxır və optimal struktur dizayn edilir.

Bu mərhələdə nə edirik?

  • Şirkət üçün ən uyğun təşkilati struktur modelini hazırlayırıq
  • Doğru tabeçilik xəttini formalaşdırırıq
    Lazım olan, amma mövcud olmayan funksiyaları aşkar edib strukturda nəzərə alırıq
  • Artıq və ya təkrarlanan rolları müəyyən edirik

📌 Nəticə: Şirkətdə “kim kimə tabedir?”, “kimin məsuliyyəti nədir?” sualları netləşir.

3) Vəzifə Öhdəlikləri və Şöbə Əsasnamələri

Komandanın məhsuldar işləməsi üçün hər vəzifənin öhdəliyi, məsuliyyəti və səlahiyyəti aydın olmalıdır. Bu mərhələdə nə edirik?

  • Hər bir vəzifənin öhdəliklərini və məsuliyyət çərçivəsini müəyyən edirik
  • Vəzifə profillərini (Job Description) hazırlayırıq
  • Şöbə və departament əsasnamələrini formalaşdırırıq
  • Tabeçilik və səlahiyyət bölgüsünü sistemləşdiririk

📌 Nəticə: Hər kəs ondan nə gözləndiyini bilir, iş bölgüsü düzgün qurulur və yeni işçi seçimi daha rahat olur.

4) Əmək Haqqı və Motivasiya Sisteminin Qurulması

Şirkətdə əmək haqqı sistemi qeyri-müəyyən olduqda:

  • narazılıqlar artır
  • kadr axını yüksəlir
  • şirkət bəzən artıq xərc edir, bəzən də düzgün motivasiya qura bilmir.

Biz bu problemi sistemlə həll edirik.

Bu mərhələdə nə edirik?

  • Mövcud əmək haqqı sistemini analiz edirik
  • Bazardakı əmək haqqı səviyyələrini araşdırırıq
  • Vəzifələr üzrə dərəcələnmə (grading) sistemini qururuq
  • Hər vəzifəyə uyğun əmək haqqı aralığını və imtiyazları müəyyən edirik
  • Əmək haqqı artımı üçün mexanizm və kriteriyalar hazırlayırıq

📌 Nəticə: Əmək haqqı sistemi ədalətli, şəffaf və idarə olunan olur, motivasiya artır, kadr itkisi azalır.

5) Performans Menecment Sisteminin Qurulması

Performans idarəetmə sistemi şirkətdə hər kəsin fəaliyyəti ilə şirkətin hədəflərini birləşdirən ən effektiv idarəetmə mexanizmidir. Bu sistem olmadıqda:

  • mükafatlandırma xaotik olur
  • rəhbərin şəxsi fikri əsas rol oynayır
  • əməkdaşlar nəticəyə yox, “prosesə” fokuslanır.

Bu mərhələdə nə edirik?

  • Departamentlər üzrə illik hədəflərə uyğun KPI-lar müəyyən edirik
  • İşçilərin qiymətləndirmə kriteriyalarını hazırlayırıq
  • Performans qiymətləndirmə metodikasını və hesablama qaydalarını qururuq
  • Lazımi anket formaları və sənədləri hazırlayırıq
  • Performans dövrü və qiymətləndirmə mərhələlərini sistemləşdiririk

📌 Nəticə: Komanda hədəfə yönəlir, nəticə mədəniyyəti formalaşır və şirkət daha idarə olunan olur.

6) İşə Qəbul və Adaptasiya Prosesinin Qurulması

Doğru insanı tapmaq qədər, onu sistemli şəkildə şirkətə uyğunlaşdırmaq da vacibdir.

Bu mərhələdə nə edirik?

  • İşə qəbul mərhələlərini və seçim kriteriyalarını qururuq
  • Müsahibə strukturu və qiymətləndirmə formatı hazırlayırıq
  • Yeni işçilər üçün adaptasiya (onboarding) sistemini formalaşdırırıq

📌 Nəticə: İşə qəbul daha sürətli, daha düzgün və daha az riskli olur.

HR Konsaltinq nəticəsində şirkətdə nə dəyişir?

  • Struktur və rol bölgüsü aydınlaşır
  • Komanda daha məhsuldar işləyir
  • Motivasiya və performans sistemi oturuşur
  • Əmək haqqı ilə bağlı narazılıqlar azalır
  • Kadr axını aşağı düşür
  • Şirkət “adamdan asılı” idarəetmədən çıxıb sistemlə işləyir