Baku Growth Academy

BGA Karyera Mərkəzi

BGA Karyera Mərkəzi məzunların əmək bazarına daha sürətli və doğru şəkildə daxil olması üçün yaradılıb. Mərkəz çərçivəsində fərdi karyera konsultasiyası, vakansiya yönləndirmələri və işə qəbul prosesində dəstək təqdim olunur.

Karyera mərkəzi nədir?

Karyera Mərkəzi — tələbələrin və peşəkarların karyera yolunu planlaması, doğru sahəni seçməsi, CV və müsahibəyə hazırlaşması, iş tapma prosesini sistemli aparmasıkaryerada yüksəlməsi üçün yaradılmış dəstək platformasıdır.

Burada məqsəd sadəcə “iş tapmaq” deyil. Məqsəd: karyeranı düzgün qurmaq və idarə etməkdir.

Karyera mərkəzinin üstünlükləri:

Fərdi yanaşma

hər kəsin məqsədi və səviyyəsi fərqlidir

Sistemli plan

“nə edim?” sualına konkret yol xəritəsi

Praktiki dəstək

CV, LinkedIn, müsahibə, portfel, yönləndirmə

Real bazar baxışı

hansı sahələrdə tələbat var, hansı bacarıqlar lazımdır

Davamlı inkişaf

yalnız 1 görüş yox, mərhələli inkişaf modeli

Motivasiya + nəzarət

məqsəd qoyulur, izlənir, nəticə ölçülür

Fəaliyyət istiqamətləri

Karyera Mərkəzi 3 əsas istiqamətdə fəaliyyət göstərir:

Konsultasiya
(Career Consultation)

Aylıq Mentorluq
(Monthly Mentorship)

Qiymətləndirmə mərkəzi
(Assessment Center)

KM-dən kimlər faydalana bilər?

Karyera Mərkəzi aşağıdakı şəxslər üçün uyğundur:

Tələbələr və yeni məzunlar

(ilk işini tapmaq istəyənlər)

İxtisasını dəyişmək istəyənlər

(career switch)

1–3 il təcrübəsi olanlar

(Yüksəlmək istəyənlər)

İş axtaranlar

(CV/müsahibə problemi yaşayanlar)

Rəhbər və mütəxəssislər

(Karyera planını böyütmək istəyənlər)

İşdə “tutulub qalanlar”

(Növbəti addımı bilməyənlər)