Baku Growth Academy

Peşəkar İdarəçi Akademiyası

Proqram idarəetmənin bütün əsas sahələrini əhatə edərək iştirakçılara idarəçi düşüncə tərzini formalaşdırmağı, düzgün qərarvermə mexanizmlərini qurmağı, komanda və prosesləri effektiv idarə etməyi öyrədir. Təlim real situasiyalar, praktiki tapşırıqlar və tətbiq oluna bilən idarəetmə alətləri üzərindən aparılaraq iştirakçıları peşəkar idarəçi səviyyəsinə hazırlayır.

Peşəkar İdarəçi Akademiyası kimlər üçündür?

Tədris proqramı

Modul 1. İdarəetmənin əsasları və liderlik bacarıqları

Bu modulda idarəetmənin fundamental prinsipləri, liderlik anlayışı, motivasiya mexanizmləri və effektiv kommunikasiya bacarıqları öyrədilir. İştirakçılar stresin idarə olunması, emosional zəka, konfliktlərin həlli, planlama və nəzarət prosesləri ilə yanaşı rəhbər–işçi münasibətlərində feedback, deleqasiya və məsuliyyət bölgüsünü praktik nümunələr üzərindən mənimsəyirlər.

Modul 2. Biznes düşüncəsi və strateji idarəetmə

Bu modul biznesin əsas funksional sahələri üzrə idarəetmə yanaşmasını formalaşdırır. Maliyyə, marketinq, satış, əməliyyatlar və HR arasında əlaqələr, biznes modelinin qurulması, strateji idarəetmə və strategiyanın icrası izah olunur. Eyni zamanda proseslərin idarə edilməsi, risklərin müəyyənləşdirilməsi, avtomatlaşdırma, analitika və data əsaslı qərarvermə bacarıqları inkişaf etdirilir.

Modul 3. Performans, komanda və dəyişikliklərin idarə olunması

Bu modulda performans menecmenti, korporativ mədəniyyət və şirkət dəyərlərinin formalaşdırılması mövzuları əhatə olunur. İştirakçılar dəyişikliklərin və transformasiyanın idarə edilməsi, menecerin mentorluq bacarıqları, müsahibə və seçim prosesləri, layihələrin effektiv idarə olunması və güclü komanda quruculuğu üzrə praktiki biliklər əldə edirlər.

Tədris planı

Təlim müddəti:

3 ay

İştirakçı sayı

10-15 nəfər

Format

Hibrid

Təlim sayı:

24 dərs

Məzunlar

Mehri Abbasova

Peşəkar İdarəçi Akademiyası

İnstruktorlar

Cavidan Səfərli

Elşən Bədirxanov

Orxan Hüseynli

Oğuz Heydərli

Süleyman Süleymanov

Seymur Əhmədov

Könül Əliyeva

Təqdimat

Peşəkar İdarəçi Akademiyası haqqında daha detallı məlumat əldə etmək üçün aşağıdaki pdf ilə tanış ola bilərsiniz!

BGA'nın üstünlükləri:

Praktiki təlim

Təlim prosesi real layihələr və tapşırıqlar üzərindən qurulur. İştirakçılar nəzəri bilikləri dərhal praktikada tətbiq edir, real iş mühitinə yaxın təcrübə qazanırlar.

Layihə işi

Təlimin sonunda real mövzu əsasında layihə hazırlanır. Layihənin icra keyfiyyəti qiymətləndirilir və sertifikat bu nəticələr əsasında dərəcələndirilir.

Mentor dəstəyi

Təlim müddətində mentor tərəfindən istiqamətləndirmə və rəy verilir. İştirakçılar suallarını birbaşa mentorla müzakirə edir və proses boyunca dəstək alırlar.

Dərəcəli diplom

Təlim nəticələrinə əsasən diplom təqdim olunur. Qiymətləndirmə bilik, praktiki bacarıq və layihə göstəriciləri üzrə aparılır və nəticə diplomda əks olunur.

"Peşəkar İdarəçi Akademiyası" proqramına qoşulmaq üçün formu doldurun!

Sınaq dərsində ödənişsiz iştirak etmək üçün qeydiyyatdan keçə bilərsiniz!

Qeydiyyat formu: